​İraqın neft naziri: "Neftin qiymətinin qalxacağına heç bir şübhə yoxdur"

​İraqın neft naziri: "Neftin qiymətinin qalxacağına heç bir şübhə yoxdur" Onun sözlərinə görə, qiymət səviyyəsi ilə bağlı bədbin olmağa lüzum yoxdur
Digər ölkələr
20 Dekabr , 2015 22:29
​İraqın neft naziri: Neftin qiymətinin qalxacağına heç bir şübhə yoxdur

Bakı. 20 dekabr. REPORT.AZ/ İraqın neft naziri Adil Əbd əl-Məhdi bildirib ki, xam neftin qiyməti hazırkı "aşağı səviyyə"dən qalxacaq və artmağa başlayacaq.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Neft qiymətlərinin qalxmağa başlayacağına dair şübhə etməyə heç bir səbəb yoxdur. Onların hazırkı səviyyəsi çox aşağıdır və bu, əlbəttə neft hasil edən şirkətlərə təsir edir. Lakin mən düşünürəm ki, iqtisadi amillər və əsaslı göstəricilər hələ də kifayət qədər güclüdür", — deyə o bildirib.

Onun sözlərinə görə, qiymət səviyyəsi ilə bağlı bədbin olmağa lüzum yoxdur.

Son xəbərlər

Orphus sistemi