​İraqın Müdafiə Nazirliyi: 3436 İŞİD terrorçusu məhv edilib

​İraqın Müdafiə Nazirliyi: 3436 İŞİD terrorçusu məhv edilib 232 snayper məhv edilib
Digər ölkələr
15 May , 2016 17:53
​İraqın Müdafiə Nazirliyi: 3436 İŞİD terrorçusu məhv edilib

Bakı. 15 May. REPORT.AZ/ İraq Təhlükəsizlik Qüvvələri 2015-ci ilin əvvəlindən bu günə kimi ölkə ərazisində 3,5 minə yaxın İŞİD terrorçusunu məhv edib. "Report"un məlumatına görə, bu haqda ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Saad Maan məlumat verib.

Onun sözlərinə görə, İraq təhlükəsizlik qüvvələrinin bölmələri ölkədə 3436 İŞİD üzvünü, o cümlədən 232 snayperi məhv ediblər. 

İraq ordusunun rəsmisi qeyd edib ki, bununla yanaşı, iri kalibrli pulemyotların olduğu 165 CİP avtomobili məhv edilib və 200-dən çox partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib.

Xatırladaq ki, İŞİD terror qruplaşması 2014-cü ilin yayından İraqın şimalında hərbi əməliyyatlara başlayıb. İraq ordusunun iri miqyaslı uğurlarına baxmayaraq, terrorçular hələ də ölkə ərazisinin bir hissəsinə nəzarət edirlər. 

Son xəbərlər

Orphus sistemi