​İraqın Mosul əyalətində genişmiqyaslı hərbi əməliyyat başlayıb

​İraqın Mosul əyalətində genişmiqyaslı hərbi əməliyyat başlayıb Terrorçulardan təmizlənmə məqsədi ilə keçirilən əməliyyatda 7 500 döyüşçü iştirak edir
Digər ölkələr
12 Noyabr , 2015 12:07
​İraqın Mosul əyalətində genişmiqyaslı hərbi əməliyyat başlayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ İraqın Mosul əyalətinin Sincar (Şengal) rayonunun terrorçu İŞİD qruplaşmasından azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyat başlayıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, havadan İraqdakı koalisiya qüvvələrinin dəstəkləyəcəyi əməliyyatda İraqın şimalındakı kürd muxtariyyətinin silahlı dəstələrinin 7 500 döyüşçüsü iştirak edir.

Sincarla yanaşı Telafer şəhərinin də terrorçulardan təmizlənməsi üçün havadan bombalanacağı gözlənilir.

Mosulun mərkəzindən 120 km qərbdə yerləşən Sincar rayonunu 2014-cü il avqustun 3-də İŞİD ələ keçirib. Bundan sonra minlərlə sakin qaçqın düşüb. Keçirilən əməliyyat nəticəsində Sincar dağı terrorçulardan təmizlənsə də, rayon mərkəzi hələ də İŞİD-in nəzarəti altındadır. 

Son xəbərlər

Orphus sistemi