​İraqın daxili işlər nazirinin istefası qəbul edilib

​İraqın daxili işlər nazirinin istefası qəbul edilib Əl-İbadi partlayışları Əl-Fəlucanın İŞİD-dən azad edilməsinə terrorçuların cavabı kimi dəyərləndirib
Digər ölkələr
9 İyul , 2016 07:21
​İraqın daxili işlər nazirinin istefası qəbul edilib

Bakı. 9 iyul. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-İbadi ölkənin daxili işlər naziri Məhəmməd Salem əl-Qabbanın istefa ərizəsini qəbul edib.

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

İnformasiyaya görə, Əl-İbadi ötən gün Bağdadda törədilən partlayışları Əl-Fəlucanın İŞİD-dən azad edilməsinə terrorçuların cavabı kimi dəyərləndirib.

Qeyd edək ki, Məhəmməd Salem əl-Qabbanın iyulun 5-də istefa ərizəsini təqdim edib. Nazir iyulun 3-də terrorçu 250 nəfərin ölümü ilə nəticələnən partlayışlardan sonra bu addımı atıb.

Xatırladaq ki, baş nazir ötən gün milli təhlükəsizlik naziri Abbud Qənbəri istefaya göndərib. 

Son xəbərlər

Orphus sistemi