İraqda törədilən partlayışda 50-dən çox polis həlak olub

İraqda törədilən partlayışda 50-dən çox polis həlak olub Terror aktı minalanmış iki avtomobilin partlaması nəticəsində baş verib
Digər ölkələr
7 May , 2015 13:55
İraqda törədilən partlayışda 50-dən çox polis həlak olub

Bakı. 7 may. REPORT.AZ/ İraqın Tikrit şəhərinin şərqində törədilən iki partlayış nəticəsində azı 50 polis həlak olub. "Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Xəbərə görə, terror aktı minalanmış iki avtomobilin partlaması nəticəsində baş verib. Hadisə barədə əlavə məlumat verilməyib. 

BMT-nin hesabatına əsasən, 2014-cü ildə İraqda terrorçuların həmləsi nəticəsində 12,3 min nəfər ölüb, 23 mindən çox sakin yaralanıb. 

Son xəbərlər

Orphus sistemi