​İraqda toqquşmalar zamanı 24 terrorçu zərərsizləşdirilib

​İraqda toqquşmalar zamanı 24 terrorçu zərərsizləşdirilib Orduya məxsus maşın karvanına 50-yə yaxın silahlı hücum edib
Digər ölkələr
24 Mart , 2015 18:54
​İraqda toqquşmalar zamanı 24 terrorçu zərərsizləşdirilib

Bakı. 24 mart. REPORT.AZ/ İraqın Əl-Ənbar və Diyala əyalətlərində baş verən silahlı toqquşmalar nəticəsində 25 nəfər ölüb ki, onlardan da 24-ü "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvüdür.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Amirie rayon parlmentinin sədri Şakir Mahmud əl-İsavi məlumat verib.

Onun sözlərinə görə, Əl-Fəllucanın Amirie yaşayış məntəqəsində ordu və tayfalara məxsus silah daşıyan 10 yük maşını karvanına təqribən 50 yaraqlı hücum edib. Hücumun qarşısı alınıb. Nəticədə 19 İŞİD terrorçusu məhv edilib, onların avtomobilləri zərərsizləşdirilib.

Əl-Ənbarın polis rəisi Kazım Məhəmməd əl-Fəhdəvi məlumat verib ki, təhlükəsizlik və tayfalara məxsus qüvvələr Ər-Rəmadinin Təmim və Seramik rayonlarında İŞİD terrorçularının hücumlarının qarşısını alıblar. Nəticədə 5 terrorçu öldürülüb, yaraqlılar geri çəkiliblər.

Bununla belə, Bakuba şəhərinin Katun rayonunda avtomobilə bərkidilmiş minanın partlaması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi