İraqda terror aktı baş verib, 10 ölü, 20 yaralı

İraqda terror aktı baş verib, 10 ölü, 20 yaralı Bu, İŞİD yaraqlılarının Səmarra şəhərinə böyük miqyaslı hücumunun bir hissəsi olub
Digər ölkələr
8 Yanvar , 2015 17:09
İraqda terror aktı baş verib, 10 ölü, 20 yaralı

Bakı. 8 yanvar. REPORT.AZ/ İraqda baş vermiş terror aktı nəticəsində dinc sakinlər də daxil olmaqla 10 nəfər həlak olub, daha 20 nəfər yaralanıb. 

"Report" "Sky News Arabia" telekanalına istinadən xəbər verir ki, İŞİD yaraqlıları Bağdaddan 125 km şimalda yerləşən Səmarra şəhərində üç partlayıcı qurğunu işə salıb və İraq təhlükəsizlik qüvvələrinin mövqelərini minaatanlardan atəşə tutub. 

Xəbərdə İŞİD yaraqlılarının İraq təhlükəsizlik qüvvələrinin buraxılış-nəzarət məntəqəsinin yaxınlığında partlayıcı yerləşdirilmiş üç avtomobili partlatdığı, daha 4 terroçu-kamikadzenin isə partlayıcı qurğunu işə salmazdan əvvəl məhv edildiyi qeyd olunub.

Məlumatda həmçinin vurğulanıb ki, bu, İŞİD yaraqlılarının Səmarra şəhərinə böyük miqyaslı hücumunun bir hissəsi olub. 

Son xəbərlər

Orphus sistemi