İraqda silsilə partlayışlar nəticəsində 19 nəfər həlak olub

İraqda silsilə partlayışlar nəticəsində 19 nəfər həlak olub Bağdaddan şimalda yerləşən 2 şəhərdə güclü partlayışlar törədilib
Digər ölkələr
28 Fevral , 2015 17:20
İraqda silsilə partlayışlar nəticəsində 19 nəfər həlak olub

Bakı. 28 fevral. REPORT.AZ/ İraqın paytaxtından şimalda yerləşən 2 şəhərdə bir neçə güclü partlayış törədilib. "Report" "TASS"a istinadən xəbər verir ki, partlayışlar nəticəsində 19 nəfər həlak olub. 

Bağdaddan 70 km şimalda Diyala əyalətində yerləşən Baləd-Ruz şəhərində 2 partlayış baş verib. Agentlikdən verilən məlumata əsasən, terror aktı nəticəsində ən az 11 nəfər ölüb, daha 50 nəfər isə yaralanıb. 

Digər bir terror aktını yaraqlılar Səmərra şəhərində törədiblər. Burada bomba qoyulmuş avtomobil nəzarət-keçid məntəqəsinin yaxınlığında partladılıb. Nəticədə hökumət qüvvələrinin 8 əməkdaşı həlak olub. 

Bu yaşayış məntəqəsində polis və ordu qüvvələri ilə "İslam Dövləti" yaraqlıları arasında döyüş getdiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi