​İraqda sərnişin təyyarəsi atəşə tutulub

​İraqda sərnişin təyyarəsi atəşə tutulub Layner "Flydubai" aviaşirkətinə məxsus olub
Digər ölkələr
27 Yanvar , 2015 05:55
​İraqda sərnişin təyyarəsi atəşə tutulub

Bakı. 27 yanvar. REPORT.AZ/ Bağdadın beynəlxalq hava limanında sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən atəşə tutulub.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, aeroportun təhlükəsizlik xidmətinin nümayəndələri insidentin bazar ertəsi axşam, təyyarə hava limanının enmə zolağına daxil olarkən baş verib.

Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.

Yerli KİV-in məlumatına görə, təyyarə Birləşmiş Ərəb Əmirliklərinin "Flydubai" aviaşirkətinə məxsus olub. Hazırda insident araşdırılır.

Son xəbərlər

Orphus sistemi