İraqda qanlı şənbə: azı 33 ölü

İraqda qanlı şənbə: azı 33 ölü Partlayışlar şəhərin kompakt yaşadığı rayonlarda törədilib
Digər ölkələr
9 Noyabr , 2014 06:17
İraqda qanlı şənbə: azı 33 ölü
Bakı. 9 noyabr. REPORT.AZ/ Iraqın paytaxtı Bağdad şəhərində törədilən beş partlayış nəticəsində 33 nəfər həlak olub, ən az 100 nəfər yaralanıb.

Report-un RBK-ya istinadən verdiyi xəbərə görə, partlayışlar şiələrin kompakt yaşadığı rayonlarda törədilib. Teror aktlarının arxasında əksər hallarda sünni qruplaşmalar dayanır.

BMT nümayəndələri Bağdadda son bir ayda 379 dinc sakinin ölüm faktını qeydə alıblar.

Son xəbərlər

Orphus sistemi