Bakı. 10 sentyabr. REPORT.AZ/ İraqın ayrı-ayrı bögələrində baş verən partlayışlar və atışmalar nəticəsində 32 nəfər ölüb, 26 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Xəbərə görə, ölənlərdən 9-u mülki vətəndaş, biri polis əməkdaşı, 5-i İraq hərbçisi, 17-si İŞİD silahlısıdır. Yaralıların isə 7-si əsgər, 19-u mülki vətəndaşdır.
Məlumatda bildirilib ki, partlayışlar ölkənin Əbu-Gureyb, Əl-Meami, Bakuba bölgələrində baş verib. Atışmalar isə Yeni Qahirə, Əs-Şab, Ən-Namiyyə şəhərlərində olub.