Bakı. 14 aprel. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində baş verən partlayışlar nəticəsində 7 nəfər ölüb, 33 nəfər yaralanıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, polisin məlumatına görə, paytaxtın Əl-Aləm rayonunda yol kənarına yerləşdirilən bomba işə düşüb. Nəticədə 4 nəfər ölüb, 14 nəfər yaralanıb.
Taci rayonunda partlayış zamanı 2 nəfər ölüb, altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Paytaxtın mərkəzi hissəsində törədilən partlayış 1 nəfərin həyatına son qoyub, yeddi nəfər yaralanıb.
Diyala körpüsü yaxınlığında bombanın partlaması zamanı 5 nəfər xəsarət alıb.