​İraqda partlayışlar nəticəsində 11 nəfər həlak olub

​İraqda partlayışlar nəticəsində 11 nəfər həlak olub Silsilə partlayışlar ölkənin Bəyci şəhərində baş verib
Digər ölkələr
14 İyun , 2015 04:58
​İraqda partlayışlar nəticəsində 11 nəfər həlak olub

Bakı. 14 İyun. REPORT.AZ/ İraqın Bəyci şəhərində silsilə partlayışlar törədilib.

"Report" xəbər verir ki, bu barədə "Frans-Press"ə istinadən RİA "Novosti" məlumat yayıb.

İraq polisinin məlumatına görə, şəhərdə üç avtomobil partladılıb, bir bombanı zərərsizləşdirmək mümkün olub.

Partlayışlar nəticəsində 7 İraq hərbçisi və "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı vuruşan qüvvələrin 4 könüllüsü həlak olub.

Qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb. İŞİD bəyanat yayaraq bildirib ki, partlayışları Böyük Britaniya və Almaniyadan olan əcnəbilər təşkil ediblər.

Son xəbərlər

Orphus sistemi