Bakı. 02 İyun. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraqda törətdiyi partlayış nəticəsində ən azı 38 nəfər həlak olub.
"Report" BBC-yə istinadən xəbər verir ki, bomba Ramadi şəhərində polis məntəqəsi yaxınlığında dayanmış maşına quraşdırılıb.
Ölənlərin əksəriyyəti polis əməkdaşlarıdır. Hadisə nəticəsində ən azı 10 nəfər yaralanıb. Həkimlər ölənlərin sayının artacağından ehtiyatlanırlar.