İraqda məsciddə törədilən terror aktında ölənlərin sayı 50 nəfəri ötüb

İraqda məsciddə törədilən terror aktında ölənlərin sayı 50 nəfəri ötüb İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb
Digər ölkələr
8 İyul , 2016 10:30
İraqda məsciddə törədilən terror aktında ölənlərin sayı 50 nəfəri ötüb

Bakı. 8 iyul. REPORT.AZ/ İraqın Səlahəddin vilayətində şiələrə aid məscidin yerləşdiyi ərazidə törədilən terror aktı nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb, 65 nəfər isə yaralanıb.

“Report" xarici mətbuata istinadən xəbər verir ki, terrorçular şiələrin 10-cu imamları kimi qəbul etdiyi Əli el-Hadinin oğlu “Seyid Muhammedin” Balad rayonundakı məzarının olduğu məscidə hücum edib. 

Ölənlərin əksəriyyəti məzarı ziyarətə gələnlərdir. 

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi