​İraqda iki partlayış nəticəsində 33 nəfər ölüb

​İraqda iki partlayış nəticəsində 33 nəfər ölüb İki minalanmış avtomobil partlayıb
Digər ölkələr
1 May , 2016 14:50
​İraqda iki partlayış nəticəsində 33 nəfər ölüb

Bakı. 1 May. REPORT.AZ/ Bu gün İraqın cənubunda yerləşən Əs-Səməva şəhərində baş verən iki partlayış nəticəsində ən azı 33 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Franc Press" məlumat yayıb.

Məlumata görə, şəhərdə iki minalanmış avtomobil partladılıb. Onlardan biri bələdiyyə şurası binasının qarşısında, digəri isə avtobus dayanacağı yaxınlığında dayanmış olub.

Hələ ki, heç bir terror təşkilatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi