​İraqda İŞİD liderlərindən biri zərərsizləşdirilib

​İraqda İŞİD liderlərindən biri zərərsizləşdirilib Öldürülən şəxs qruplaşmanın maliyyə əməliyyatlarına cavabdeh şəxs olub
Digər ölkələr
11 Avqust , 2016 22:19
​İraqda İŞİD liderlərindən biri zərərsizləşdirilib

Bakı. 11 avqust. REPORT.AZ/ İraqın kürdlərdən ibarət dəstələri ABŞ ilə birgə İŞİD terror qruplaşmasının maliyyə əməliyyatlarının aparılmasına cavabdeh olan Sami Cassem Məhəmməd əl-Caburini zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə İraq Kürdistanının Təhlükəsizlik Şurasının bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, bu terrorçu İraq və Suriyada İŞİD-in nəzarəti altında olan təbii ehtiyatlar, xüsusilə də, neft və qazın istismarına cavabdeh olub.

Son xəbərlər

Orphus sistemi