Bakı. 22 may. REPORT.AZ/ İraqın müxtəlif şəhərlərində keçirilən hərbi əməliyyatlar nəticəsində İŞİD-in 86 silahlısı öldürülüb.
"Report" "Anadolu" agnetliyinə istinadən xəbər verir ki, bu haqda İraqın
Nazirlik bildirib ki, ABŞ hərbçilərinin başçılığı ilə Səlahəddin əyalətinin Bəyci rayonunda, Anbar əyalətinin mərkəzi Ramadi, Kərkükün Havice, Mosulun mərkəzi, Təlafər və Şərafəddin rayonlarında keçirilən hərbi əməliyyat nəticəsində 31 terrorçu öldürülüb.
İraq təhlükəsizlik qüvvələrinin Anbar əyalətinin Kermə rayonunda keçirdiyi əməliyyatda İŞİD-in yerli lideri Əbu Abdullah əş-Şami zərərsizləşdirilib.
Anbarın Hüseybiyə bölgəsində 24 terrorçu öldürülüb, 19-u yaralanıb. Kermədə 23, başqa ərazilərdə keçirilən əməliyyat nəticəsində isə 7 terrorçu öldürülüb.