​İraqda həbsxanadakı qiyam nəticəsində 28 nəfər öldürülüb

​İraqda həbsxanadakı qiyam nəticəsində 28 nəfər öldürülüb 15 məhbus həbsxanadan qaçıb
Digər ölkələr
9 May , 2015 16:55
​İraqda həbsxanadakı qiyam nəticəsində 28 nəfər öldürülüb

Bakı. 9 may. REPORT.AZ/ İraqın Diyala əyalətindəki həbsxanasında dustaqların qiyamı nəticəsində 28 nəfər öldürülüb. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Diyala əyaləti təhlükəsizlik komitəsinin sədri Sadik əl-Hüseyni bildirib.

Onun sözlərinə görə, Bağdadın şimal-şərqinin 55 kilometrliyində yerləşən Diyalanın Əl-Halis rayonundakı həbsxanada mayın 8-də şam yeməyi paylanan zaman bəzi məhbuslar qiyam qaldırıb: "Az sonra vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarətin altına keçib. Ancaq qarşıdurma baş verən zaman bir leytenant və təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı öldürülüb".

Əl-Hüseyni deyib ki, qaçmağa çalışan məhbuslradan 20-si öldürülüb, 15-i isə qaçıb. 

Son xəbərlər

Orphus sistemi