İraqda baş verən üç partlayış nəticəsində 50 nəfər həlak olub

İraqda baş verən üç partlayış nəticəsində 50 nəfər həlak olub Ölənlərin əksəriyyəti hərbçilər və İŞİD qruplaşması ilə mübarizə üçün yığılan döyüşçülər olub
Digər ölkələr
13 Oktyabr , 2014 16:37
İraqda baş verən üç partlayış nəticəsində 50 nəfər həlak olub

Bakı. 13 oktyabr. REPORT.AZ/ İraqın əsasən kürdlərin yaşadığı Qara Təpə şəhərində silsilə partlayışlar nəticəsində ən azı 50 nəfər həlak olub. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir. 

Partlayışları "İslam Dövləti" qruplaşması tərəfindən göndərilən kamikadzelər törədiblər.

Ölənlərin əksəriyyəti hərbçilər və İŞİD qruplaşması ilə mübarizə üçün yığılan döyüşçülər olub.

Bundan başqa, yolda qoyulan bombanın partlaması nəticəsində İraqın Anbar vilayətinin polis rəisi ölüb. O, əyalətin paytaxtı olan Ramadi şəhərindən şimala doğru yollandığı zaman partlayıcı qurğu işə düşüb. 

Son xəbərlər

Orphus sistemi