İraqda baş vermiş terror hadisəsi nəticəsində 10 nəfər həlak olub, 30-dan artıq insan yaralanıb

İraqda baş vermiş terror hadisəsi nəticəsində 10 nəfər həlak olub, 30-dan artıq insan yaralanıb Terrorçular şəhərə hücum ediblər, lakin yerli əhalinin güclü müqaviməti ilə qarşılaşıblar
Digər ölkələr
8 Sentyabr , 2014 17:07
İraqda baş vermiş terror hadisəsi nəticəsində 10 nəfər həlak olub, 30-dan artıq insan yaralanıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ İraqın Duluiyə şəhərində iki kamikadzenin törətdiyi terror aktı nəticəsində  10 nəfər həlak olub, 30-dan artıq insan yaralanıb. Bu barədə Report  Associated Press-ə istinadən xəbər verir. 

Yaraqlılar daha əvvəl şəhərə hücum ediblər, lakin yerli əhalinin güclü müqaviməti ilə qarşılaşıblar. Terrorçular şəhəri ələ keçirməyə cəhd ediblər. 

 "İslam dövləti" terror təşkilatı Suriyada gedən hərbi əməliyyatlar zamanı güclənib.

Bir neçə ay əvvəl qruplaşma İraqda öz fəaliyyətini kəskin şəkildə fəallaşdırıb. Qruplaşma ölkənin şimal və şimal-qərb regionlarına genişmiqyaslı hücumlar təşkil edib və böyük əraziləri zəbt edərək, orada "İslam xilafətinin" yaradılması haqqında elan edib.

Son xəbərlər

Orphus sistemi