Bakı. 21 sentyabr. REPORT.AZ/ İraqın təhlükəsizlik srtukturları və beynəlxalq koalisiya güclərinin Anbar, Ninova və Diayla əyalətlərində birgə keçirdikləri antiterror əməliyyat nəticəsində İŞİD-in 23 silahlısı zərərsizləşdirilib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda əməliyyatların komandanı, briqada generalı Kasım əl-Mahmudi bildirib.
Onun sözlərinə görə, Ramadi əyalətinin əl-Buşecel rayonundakı əməliyyatda 8 İŞİD silahlısı öldürülüb, 7-si yaralanıb.
İraqın Dilay əyalətinin Hamrin dağlarında keçirilən əməliyyat nəticəsində 3 İŞİD-çi zərərsizləşdirilib.
Mosulun Sincar (Səncər) rayonunda keçirilən əməliyyat nəticəsində isə 12 İŞİD silahlısı məhv edilib.