​İraqda ABŞ konsuluğunun binası qarşısında partlayış baş verib, ölənlər var

​İraqda ABŞ konsuluğunun binası qarşısında partlayış baş verib, ölənlər var Basqının məsuliyyətini İŞİD üzərinə götürüb
Digər ölkələr
18 Aprel , 2015 09:35
​İraqda ABŞ konsuluğunun binası qarşısında partlayış baş verib, ölənlər var

Bakı. 18 aprel. REPORT.AZ/ İraqın şimalında yerləşən Ərbil şəhərinin Ankava prospektində ABŞ konsulluğunun binası qarşısında minalanmış avtomobilin partlaması nətcəsində iki nəfər ölüb, azı 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "əl-Cəzirə" məlumat yayıb.

Ölənlərin hər ikisi, yaralananların isə 5-i Türkiyə vətəndaşıdır. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına əsasən, yaralı türkiyəlilərə Ərbildəki Türkiyə Baş Konsulluğunda tibbi yardım göstərib. 

Bəzi mənbələr isə ölənlərin sayının 3 nəfər olduğu haqda xəbər yayıblar.

Basqının məsuliyyətini İŞİD üzərinə götürüb.

Partlayışın baş verdiyi prospekt Türkiyə vətəndaşları və xaricilərin çox olduğu yerdir.

Son xəbərlər

Orphus sistemi