Bakı. 10 iyul. REPORT.AZ/ İraqda bomba yerləşdirilmiş yük avtomobilinin partlaması, hərbçilər və əl-Haşdu Şabi ilə İŞİD silahlıları arasında baş verən atışma nəticəsində 72 nəfər ölüb, 24 nəfər yaralanıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İraqın təhlükəsizlik mənbələri bildirib.
Məlumata görə, Bağdadın cənub-qərbində əz-Zəfəraniyyə bölgəsində mağazaların yerləşdiyi yolun kənarında içində partlayıcı olan avtomobilin partlaması nəticəsində 6 nəfər ölüb, 22 nəfər isə yaralanıb.
İraq hərbçiləri və əl-Haşdu Şabi ilə İŞİD silahlıları arasında baş verən atışma nəticəsində 17 əsgər və Haşdu Şabi üzvü, 47 terrorçu olmaqla cəmi 64 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
Mosulun cənub-şərqində Mahmur rayonunda yola quraşdırılan minanın partlaması nəticəsində isə iki kürd silahlısı həyatını itirib.