​İraqda 70 İŞİD terrorçusu məhv edilib

​İraqda 70 İŞİD terrorçusu məhv edilib Qruplaşmanın 10 nəqliyyat vasitəsi zərərsizləşdirilib
Digər ölkələr
23 Mart , 2015 04:19
​İraqda 70 İŞİD terrorçusu məhv edilib

Bakı. 23 mart. REPORT.AZ/ İraqın Səlahəddin əyalətində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinə endirilən havadan zərbələr nəticəsində 70-dən çox silahlı məhv edilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, İraqın Müdafiə Nazirliyindən verilən məlumata görə, bombardıman zamanı terror qruplaşmasının 10 nəqliyyat vasitəsi zərərsizləşdirilib.

İyunun 10-da Mosulun İŞİD tərəfindən ələ keçirilməsindən sonra onun bir sıra rayonlarında toqquşmalar davam etməkdədir.

İraq qüvvələrinə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiyası dəstək verir.

Son xəbərlər

Orphus sistemi