İraqda baş vermiş terror aktı ilə əlaqədar 3 günlük matəm elan olunub

İraqda baş vermiş terror aktı ilə əlaqədar 3 günlük matəm elan olunub Hadisə nəticəsində 165 nəfər ölüb, 168 nəfər yaralanıb
Digər ölkələr
3 İyul , 2016 20:45
İraqda baş vermiş terror aktı ilə əlaqədar 3 günlük matəm elan olunub

Bakı. 3 iyul. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-Abadi Bağdadın mərkəzində baş vermiş terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edib. "Report" xəbər verir ki, bu barədə "Əl Sumaria" telekanalı məlumat yayıb.

Qeyd edək ki, İraqın paytaxtı ötən gecə Bağdadın mərkəzində yerləşən Əl-Karrada rayonunda törədilən terror aktı nəticəsində 165 nəfər ölüb, 168 nəfər yaralanıb. Minalanmış avtomobil restoranın qarşısında partladılıb.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Əvvəlcə minalanmış avtomobil partladılıb, ardınca Bağdadın şərq hissəsində əldəqayırma partlayıcı qurğu işə düşüb.

Son xəbərlər

Orphus sistemi