Bakı. 25 may. REPORT.AZ/ İŞİD terror qruplaşmasının üzvləri İraqın Əl-Fəlluca şəhərinin sakinlərindən "canlı sipər" kimi istifadə edirlər.
"Report" xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Camal "İzvestiya" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, terrorçular mülki tikililər arasında, həmçinin məktəb, ev və xəstəxanalarda gizlənirlər.
İraqın təhlükəsizlik qüvvələri Bağdadın 60 km. qərbində yerləşən Əl-Fəlluca şəhərinə hücum zamanı mülki əhali arasında itkilərin qarşısını almaq üçün genişmiqyaslı iş aparıb.