İraq ordusu Tikrit şəhərini bir həftə ərzində tam nəzarətə alacağını bəyan edib

İraq ordusu Tikrit şəhərini bir həftə ərzində tam nəzarətə alacağını bəyan edib Səddam Hüseynin doğma şəhəri uğrunda döyüşlər iki həftədir davam edir
Digər ölkələr
14 Mart , 2015 07:34
İraq ordusu Tikrit şəhərini bir həftə ərzində tam nəzarətə alacağını bəyan edib

Bakı. 14 mart. REPORT.AZ/ İraq ordusu Tikrit şəhərində mühasirəyə aldıqları "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvlərini bir həftə ərzində məhv etməyə planlaşdırır.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Səddam Hüseynin doğma şəhəri uğrunda döyüşlər iki həftədir ki, davam edir.

Tikritin mərkəz hissəsinin 70 faizi hazırda hələ də İŞİD-in nəzarətindədir, lakin vəziyyət tədricən hökümət qüvvələrinin lehinə dəyişir.

Orduya dəstək verən könüllü dəstələrin üzvləri deyir ki, lazım gəlsə döyüşlər Tikritin hər küçəsi uğrunda aparılacaq.

Son xəbərlər

Orphus sistemi