​İraq Ordusu Tikrit şəhərində İŞİD terrorçularını mühasirəyə alır

​İraq Ordusu Tikrit şəhərində İŞİD terrorçularını mühasirəyə alır Dövlət qoşunları üç tərəfdən şəhərə yaxınlaşıblar
Digər ölkələr
4 Mart , 2015 03:52
​İraq Ordusu Tikrit şəhərində İŞİD terrorçularını mühasirəyə alır

Bakı. 4 mart. REPORT.AZ/ İraq Ordusunun bölmələri Tikrit rayonunda "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvlərini mühasirəyə almağa başlayıblar.

"Report" xəbər verir ki, bu barədə "The Telegraph" nəşrinə istinadən "İnterfax" məlumat yayıb.

Diktator Səddam Hüseynin doğma şəhəri uğrunda döyüşlər ikinci gündür ki, davam edir. Son günlər İraq Ordusunun şimal istiqamətində hücum tempi aşağı düşüb. Terrorçular mina və snayperlər hesabına hücumu ləngidə biliblər. Daha qızğın döyüşlər isə Tikritin cənubunda yerləşən Əd-Daur şəhərində gedir.

Bununla belə, dövlət qoşunları üç tərəfdən Tikritə yaxınlaşıblar.

Son xəbərlər

Orphus sistemi