​İraq ordusu Ramadi şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatına başlayıb

​İraq ordusu Ramadi şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatına başlayıb Hərbçilər əyalət mərkəzinə daxil olub
Digər ölkələr
22 Dekabr , 2015 15:16
​İraq ordusu Ramadi şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatına başlayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ İraq ordusu ölkənin qərbində yerləşən Anbar əyalətinin mərkəzi Ramadinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatına başlayıb.

"Report" "France Presse"ə istinadən xəbər verir ki, bu haqda İraq təhükəsizlik xidmətinin təmsilçisi bildirib.

Məlumata görə, hərbçilər Ramadinin mərkəzinə daxil olub və yaşayış rayonlarının terrorçulardan təmizlənməsi əməliyyatı keçirilir.

Qeyd edək ki, dekabrın 20-də İraqın Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrdən sakinlərin şəhəri tərk etməsinə dair elaniyyələr atılıb. 

Son xəbərlər

Orphus sistemi