​İraq ordusu Ramadi şəhərini azad etmək üçün irimiqyaslı hərbi əməliyyata başlayır

​İraq ordusu Ramadi şəhərini azad etmək üçün irimiqyaslı hərbi əməliyyata başlayır Hərbçilər yerli sakinləri şəhəri tərk etməli olduqları barədə xəbərdar ediblər
Digər ölkələr
20 Dekabr , 2015 20:47
​İraq ordusu Ramadi şəhərini azad etmək üçün irimiqyaslı hərbi əməliyyata başlayır

Bakı. 20 dekabr. REPORT.AZ/ İraq qoşunları Ramadi şəhərinin mərkəzinin azad edilməsi üçün irimiqyaslı hərbi əməliyyata başlayır.

"Report" xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrindəki mənbəyə istinadən "Reuters" məlumat yayıb.

Hərbçilər aviasiyanın köməkliyi ilə müvafiq məlumatın olduğu vərəqlər yayaraq, yerli sakinləri şəhəri tərk etməli olduqları barədə xəbərdar ediblər. Yaşayış məntəqəsini tərk etmək üçün yerli sakinlərə 72 saat vaxt verilib.

"Bu o deməkdir ki, yaxın vaxtlarda şəhər mərkəzinin azad edilməsi üzrə irimiqyaslı hərbi əməliyyatlara başlanacaq", – deyə mənbə bildirib.

Ramadi hazırda "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) nəzarəti altındadır. Yaşayış məntəqəsi 2015-ci ilin mayında işğal olunub.

Son xəbərlər

Orphus sistemi