​İraq ordusu Mosulun bir kəndini azad edib, 25 terrorçu öldürülüb

​İraq ordusu Mosulun bir kəndini azad edib, 25 terrorçu öldürülüb Həmçinin 4 minalanmış maşın zərərsizləşdirilib
Digər ölkələr
12 İyun , 2016 15:45
​İraq ordusu Mosulun bir kəndini azad edib, 25 terrorçu öldürülüb

Bakı. 12 iyun. REPORT.AZ/ İraq hərbçiləri İŞİD-in işğalı altında olan Mosul ətrafında irəliləyiblər və şəhərdən cənubda yerləşən bir kəndi nəzarətə götürüblər.

"Report" xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən İraqın "Əl- Mada" agentliyi məlumat yayıb.

İraq ordusu mərkəzi Mosul olan şimal əyaləti Neynəvada İŞİD-ə qarşı əməliyyatları davam etdirir. Hərbçiləri havadan ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiНa qüvvələri dəstəkləyir.

"Kayyar rayonunda Xaraib Caber kəndi İŞİD-dən azad edilib, 25 terrorçu öldürülüb və dörd minalanmış maşın məhv edilib", — deyə əməliyyat komandanlığındakı mənbə bildirib.

İraqın böyüklüyünə görə ikinci şəhəri olan Mosul 2014-cü ilin yayından İŞİD terrorçularının əlindədir.

Son xəbərlər

Orphus sistemi