Bakı. 13 avqust. REPORT.AZ/ İraq ordusuna məxsus hərbi təyyarələr terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan əl-Fəluca şəhərini bombalayıb.
"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bombalardan birisi şəhər xəstəxanasına düşüb. Nəticədə azı 25 nəfərin öldüyü bildirilir. Yaralı sayısı 30-u keçib.
Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.
Dağıntılar altında insanların qaldığı ehtimal edilir.