​İraq ordusu Bəyci şəhərini İŞİD terrorçularından azad edib

​İraq ordusu Bəyci şəhərini İŞİD terrorçularından azad edib Bəzi məlumatlara görə, NEZ uğrunda döyüşlər hələ də, davam edir
Digər ölkələr
15 Noyabr , 2014 01:47
​İraq ordusu Bəyci şəhərini İŞİD terrorçularından azad edib
Bakı. 15 noyabr. REPORT.AZ/ İraqın ordu komandanlığı ölkənin şimalında yerləşən Bəyci şəhərinin "İraq-Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edilməsi barədə məlumat yayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, yaşayış məntəqəsində ölkənin iri neft emalı zavodu (NEZ) yerləşir.

Bəzi məlumatlara görə, NEZ uğrunda döyüşlər hələ də, davam edir.

İŞİD terrorçuları şəhəri cari ilin iyun ayında işğal ediblər.

Ekspertlərin rəyinə görə, Bəycinin azad olunmasından sonra İraq ordusu terrorçuları qonşu Tikrik şəhərindən də çıxara bilər.

Bəyci Bağdadın 200 km şimal-qərbində yerləşir.

Son xəbərlər

Orphus sistemi