​İraq Müdafiə Nazirliyi: İŞİD-in "ikinci adamı" məhv edilib

​İraq Müdafiə Nazirliyi: İŞİD-in "ikinci adamı" məhv edilib Əbu Əla əl-Afri özünü xilafət elan etmiş "İslam Dövləti"nin Ərəbistan yarımadası vilayəti üzrə ali hakimi sayılırdı
Digər ölkələr
13 May , 2015 20:04
​İraq Müdafiə Nazirliyi: İŞİD-in ikinci adamı məhv edilib

Bakı. 13 may. REPORT.AZ/ İŞİD terrorçu qruplaşmasında "ikinci adam" sayılan Əbu Əla əl-Afri məhv edilib. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərdə əsl adının Əbdül Rəhman Mustafa Məhəmməd olan terrorçunun koalisiya qüvvələrinin hava hücumu zamanı Telaferdə məscidin içərisində hədəfə alınaraq öldürüldüyü bildirilir. Məlumatda həmçinin onunla birlikdə onlarla terrorçunun da zərərsizləşdirildiyi qeyd olunub. 

Qeyd edək ki, türkmən əsilli Əbu Əla əl-Afri özünü xilafət elan etmiş "İslam Dövləti"nin Ərəbistan yarımadası vilayəti üzrə ali hakimi sayılırdı. Hətta onun İŞİD lideri Əbubəkir əl Bağdadinin yaralanmasından sonra terror təşkilatına müvəqqəti olaraq rəhbərlik etdiyi də bildirilir. 

İŞİD hələlik Əbu Əla əl-Afrinin öldürüldüğü iddialarını təsdiqləməyib. 

Son xəbərlər

Orphus sistemi