İraq kəşfiyyatı: İŞİD neft satışından ayda 50 milyon dollar qazanır

İraq kəşfiyyatı: İŞİD neft satışından ayda 50 milyon dollar qazanır Bu məlumatlar amerikalı mütəxəssislərin proqnozu ilə üst-üstə düşür.
Digər ölkələr
23 Oktyabr , 2015 22:32
İraq kəşfiyyatı: İŞİD neft satışından ayda 50 milyon dollar qazanır

Bakı. 23 oktyabr. REPORT.AZ/ İraq kəşfiyyatının məlumatına görə, İŞİD terrorçu qruplaşması İraq və Suriyada nəzarət etdikləri ərazilərdə yerləşən müəssisələrdən əldə etdikləri neft satışından ayda 50 milyon dollar qazanır.

Bu məlumatlar amerikalı mütəxəssislərin proqnozu ilə üst-üstə düşür. Neft satışından əldə edilən gəlirlər nəinki neft emalı infrastrukturunu ələ keçirən, həmçinin onun təkmilləşməsi üçün xarici mütəxəssislər cəlb edən və yeni avadanlıqlar alan İŞİD yaraqlılarının əsas maliyyə mənbələrindən biridir.

Qaçaq neft müştərilərini əsasən qruplaşmanın təklif etdiyi qiymətlər şirnikləndirir. Belə ki, İŞİD neftin barrelini 35, bəzən hətta 10 dollara satır. Hazırda təkcə Suriyada yaraqlıların nəzarətində 253 neft yatağı var və onların 160-dan çoxu işlək vəziyyətdədir. Nəticədə Suriyada neft hasilatı sutkada 30 min barrelə, İraqda isə 10-20 min barrelə çatır. Bu neftin əsas müştəriləri türkiyəli qaçaqmalçılardır. Kəşfiyyatın məlumatına əsasən, neftin bir hissəsi də kürdlərin nəzarətində olan İraq əyalətlərinə satılır.

Son xəbərlər

Orphus sistemi