​İraq hökuməti tam tərkibdə istefaya getməyə hazır olduğunu bildirib

​İraq hökuməti tam tərkibdə istefaya getməyə hazır olduğunu bildirib Əl-İbadi geniş miqyaslı islahat aparmaq üçün nazir vəzifələrinə yeni namizədlər təklif etməsini istəyib
Digər ölkələr
16 Mart , 2016 13:46
​İraq hökuməti tam tərkibdə istefaya getməyə hazır olduğunu bildirib

Bakı. 16 mart. REPORT.AZ/ "İraq hökuməti tam tərkibdə istefa verməyə hazırdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Nazirlər Kabinetinin xüsusi bəyantında vurğulanıb.

"İraq hökuməti məsuliyyətini dərk edərək, lazımi vaxtda istefa verməyə hazırdır ", - kabinetin bəyantında vurğulanıb.

Ehtimal edilir ki, bu, ölkədə baş nazir Heydər əl-İbadinin aparmaq istədiyi islahatlar prosesini dəstəkləmək cəhddir.

Ötən gün İraqın baş naziri genişmiqyaslı islahat aparmaq üçün dövlət komissiyasına müraciət edərək, onlardan nazir vəzifələrinə yeni namizədlər təklif etməsini istəyib. 

Son xəbərlər

Orphus sistemi