İraq hökuməti İslam Dövləti qruplaşmasına qarşı kürdlərlə əməkdaşlıq edir

İraq hökuməti İslam Dövləti qruplaşmasına qarşı kürdlərlə əməkdaşlıq edir Bağdad Nineva vilayətini İslam Dövləti qrupundan azad etmək niyyətindədir
Digər ölkələr
6 Aprel , 2015 23:48
İraq hökuməti  İslam Dövləti qruplaşmasına qarşı kürdlərlə əməkdaşlıq edir

Bakı. 6 aprel. REPORT.AZ/ İraqın Baş naziri Hayder Əl-Abadi deyib ki, onun hökuməti ölkənin şimalında Nineva vilayətinin İslam Dövləti qrupunun tərəfdarlarından azad edilməsi üçün kürd rəsmilərlə əməkdaşlıq aparacaq.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, yarı-muxtar kürd regionunun paytaxtı İrbil şəhərində danışan Abadi İraq və Kürdüstan hökumətlərinin eyni düşmənlə üz-üzə gəldiyin deyib.

İraq Kürdüstanının lideri Məsud Barzani tərəflərin hərbi və təhlükəsizlik ekspertlərindən ibarət komitə yaradılması haqda razılığa gəldiyini bildirib.

Baş nazir Abadi və prezident Barzani Ninevanın nəzarətinin yaraqlıların əlində alınması planının tarixi ilə bağlı açıqlama verməyiblər.

Son xəbərlər

Orphus sistemi