İraq əsgərləri Anbar vilayətində İD-ə qarşı döyüşür

İraq əsgərləri Anbar vilayətində İD-ə qarşı döyüşür Əməliyyat zamanı İD-nin öldürdüyü sünni tayfaların üzvlərinin cəsədləri aşkar olunub.
Digər ölkələr
23 Noyabr , 2014 09:23
İraq əsgərləri Anbar vilayətində İD-ə qarşı döyüşür

Bakı. 23 noyabr. REPORT.AZ/ İraq ordusu əksər hissəsi İslam Dövləti (İD) qruplaşmasının idarəsi altında olan mühüm Ramadi şəhərini geri almaq üçün əməliyyata başlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, şənbə günü başlayan döyüşlərin mərkəzi Ramadinin şərqi qəsəbələri olub. Anbar vilayətinin paytaxtı olan Ramadi paytaxt Bağdaddan 130km məsafədə yerləşir.

İraq rəsmiləri deyirlər ki, əməliyyat zamanı əsgərlər İD-nin öldürdüyü sünni tayfa üzvlərinin cəsədləri aşkar olunub. Məlumata görə, həmin tayfanın üzvləri İD-ə müqavimət göstərdiklərinə görə öldürülüb kütləvi məzarlarda basdırılmışdı.

Həmçinin sünni olan İD döyüşçüləri İraq və Suriyanın böyük ərazilərini zəbt edib.

İraq ordusunun ABŞ hava zərbələri ilə dəstəklənən əməliyyatlarına baxmayaraq, Anbar vilayətinin demək olar ki, hamısı cihadçıların nəzarəti altındadır.

Bəzi yerli sünni tayfaları İslam Dövləti döyüşçülərinə qarşı döyüşə qoşulub. Ayın əvvəlində ağsaqqallar demişdilər ki, Al-Bu Nimr tayfasının yüzlərlə üzvü İD tərəfindən öldürülmüşdü.

Ramadi ərazisində son qətllər barədə məlumatlara görə Al-Bu Fadh tayfası nişana alınıb. Rəsminin Reuters agentliyinə bildirdiyinə görə, ordunun nəzarəti bərpa etdiyi ərazilərdə 25 tayfa üzvünün cəsədi tapılıb.

İraqın yeni formalaşmış hökumətinin əksəriyyəti şiələrdən ibarətdir, amma İD-ə qarşı mübarizədə mühüm rol oynadıqlarına görə hökumət sünni tayfaları öz tərəfinə çəkmək istəyir.

Amma rəsmi Bağdad hələ ki, tayfaların əksəriyyətini İD-ə qarşı durmağa inandıra bilməyib.

Son xəbərlər

Orphus sistemi