İranın nüvə proqramına dair müzakirələr davam etdirilir

İranın nüvə proqramına dair müzakirələr davam etdirilir "ABŞ martın 31-dək tərəflər arasında razılıq əldə ediləcəyinə inanır"
Digər ölkələr
26 Mart , 2015 18:04
İranın nüvə proqramına dair müzakirələr davam etdirilir

Bakı. 26 mart. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Cavad Zərif İsveçrədə nüvə proqramını müzakirə etmək üçün bir araya gəlib.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Lozanna şəhərindəki toplantıdan əvvəl Dövlət Departamentinin rəsmisi jurnalistlərə bildirib ki, ABŞ martın 31-dək tərəflər arasında razılıq əldə ediləcəyinə inanır.

İran və altı digər ölkə ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya iyunun axırınadək yekun razılığı əldə etməyə çalışır. Razılıqda İranın nüvə proqramının inkişafını azaldacağı müqabilində ona qarşı iqtisadi sanksiyaların yüngülləşdiriləcəyi nəzərdə tutulur.

Hər iki tərəf son aylarda dəfələrlə görüş keçirsə də, razılıq əldə olunmayıb.

İran nüvə proqramının tibbi araşdırmalar və enerji sahəsində istifadə üçün dinc mahiyət daşıdığını iddia edir.

Son xəbərlər

Orphus sistemi