İranın nüvə proqramına dair danışıqlar İsveçrədə davam edəcək

İranın nüvə proqramına dair danışıqlar İsveçrədə davam edəcək Con Kerri və Məhəmməd Cavad Zərif Martın 26-da Lozanna şəhərində görüşəcək
Digər ölkələr
24 Mart , 2015 01:17
İranın nüvə proqramına dair danışıqlar İsveçrədə davam edəcək

Bakı. 24 mart. REPORT.AZ/ ABŞ Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında növbəti görüş Martın 26-da İsveçrənin Lozanna şəhərində baş tutacaq.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mari Xarf məlumat verib.

Xatırladaq ki, Cavad Zərif daha əvvəl bəyan etmişdi ki, C.Kerri ilə növbəti görüşü zamanı texniki məqamlar ətrafında fikir mübadiləsi aparacaq.

ABŞ Dövlət katibi isə öz novbəsində demişdi ki, “altılıq” ölkələri (BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) Tehranın “nüvə proqramı” ilə bağlı vahid mövqedən çıxış edir. 

Son xəbərlər

Orphus sistemi