İranın nüvə proqramı ilə bağlı danışıqlar bir neçə gün uzadıla bilər

İranın nüvə proqramı ilə bağlı danışıqlar bir neçə gün uzadıla bilər Federika Mogerini Vyanada danışıqların vaxtının lazım gələrsə uzadıla biləcəyini bildirib
Digər ölkələr
28 İyun , 2015 15:52
İranın nüvə proqramı ilə bağlı danışıqlar bir neçə gün uzadıla bilər

Bakı. 28 iyun. REPORT.AZ/ İranın nüvə proqramı ilə bağlı Tehranla "altılıq" ölkələri arasındakı danışıqlar lazım gələrsə bir neçə gün uzadıla bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəhbəri Federika Mogerini bildirib.

"Əlbəttə, bu məsələdə aprel ayında İsveçrədə olduğu kimi, müəyyən qədər kompromislər var və əgər yenə bir neçə gün lazım gələrsə biz bundan istifadə edəcəyik. Bu gün çox mühüm işi görmək və İsveçrədə əldə olunan razılaşmaları müqavilə mətninə çevirmək lazımdır", - F.Mogerini Vyanadakı danışıqlara qatıldığı zaman bildirib.

"Altılıq" və İran bu ölkənin nüvə proqramı ilə bağlı yekun saziş üzərində işləyir. Əvvəl əldə olunan razılaşmaya əsasən, yekun sənəd iyunun 30-dək hazır olmalıdır. Lakin bəzi danışıq iştirakçıları kiçik düzəlişlərin ola biləcəyini istisna etmir.

Son xəbərlər

Orphus sistemi