İranda ağır yol qəzası nəticəsində 19 hərbçi həlak olub - YENİLƏNİB

İranda ağır yol qəzası nəticəsində 19 hərbçi həlak olub - YENİLƏNİB Avtobus sürücüsü idarəetməni itirib
Digər ölkələr
22 İyun , 2016 14:57
İranda ağır yol qəzası nəticəsində 19 hərbçi həlak olub - YENİLƏNİB

Bakı. 22 iyun. REPORT.AZ/ İranın cənubunda baş verən avtobus qəzası nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, daha 30 nəfər xəsarət alıb. 

Bu barədə "Report" IRNA-ya istinadən xəbər verir. 

Avtobusda German əyalətindəki 5-ci hərbi qarnizonunun hərbçiləri olub. Onlar Əxvaz şəhərinə gedirlərmiş.

***11:34

Bakı. 22 iyun. REPORT.AZ/ İranın cənubunda avtobusun qəzaya düşməsi nəticəsində azı 13 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, avtobus Sircan - Neyriz trası ilə gecə hərəkət edərkən dərəyə yuvarlanıb.

İlkin məlumatlara görə, avtobus sürücüsü idarəetməni itirib və bu da qəzaya səbəb olub.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların bəzilərinin vəziyyəti ağırdır. Polis qəza qurbanlarının sayının arta biləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi