İran Səüdiyyə Ərəbistanından BMT-yə şikayət etdi

İran Səüdiyyə Ərəbistanından BMT-yə şikayət etdi Səüdiyyə Ərəbistanı İrandan Yəmənə humanitar yardımı çatdırmağa imkan vermir
Digər ölkələr
14 May , 2015 03:44
İran Səüdiyyə Ərəbistanından BMT-yə şikayət etdi

Bakı. 14 May. REPORT.AZ/ İran höküməti Yəmənə göndərilən humanitar yardım yüklərinin qarşısını alan Səüdiyyə Ərəbistanından BMT-yə şikayət etdi.

"Report" RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ciddi humanitar fəlakətlə üzləşən Yəmən əhalisinə dərman və ərzaq yükü daşıyan "Iran Shahed" gəmisi Hodeyda limanına yanaşmaq istəsə də buna müvəffəq olmayıb.

Səüdiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri İran gəmisinin Yəmən sahillərindən geri çəkilməsini tələb edib. Lakin İran gəmisi bunu etməkdən imtina edib.

Bu arada rəsmi Vaşinqton Tehrana humanitar yükləri qonşu Cibutinin limanları vasitəsi ilə Yəmənə çatdırmağı məsləhət görüb.

Son xəbərlər

Orphus sistemi