​İran prezidenti: "İtaliyadakı muzeydə heykəllərin üzərlərinin örtülməsini biz istəməmişik"

​İran prezidenti: "İtaliyadakı muzeydə heykəllərin üzərlərinin örtülməsini biz istəməmişik" "Qonaqların özlərini rahat hiss etmələri üçün zəhmət çəkən insanlar sağ olsun"
Digər ölkələr
27 Yanvar , 2016 17:47
​İran prezidenti: İtaliyadakı muzeydə heykəllərin üzərlərinin örtülməsini biz istəməmişik

Bakı. 27 yanvar. REPORT.AZ/ "İran tərəfi İtaliya muzeylərindəki heykəllərin üzərinin örtülməsini tələb etməyib, ancaq bu incə davranışa görə təşəkkür edirik".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Romada keçirdiyi mətbuat konfransında jurnalistlərin "İtaliyadakı muzeyləri gəzərkən heykəllərin üzərinin örtülməsini tələb edibsinizmi" sulanı cavablandırarkən deyib.

Məlumata görə, o, İtaliyaya səfəri çərçivəsində ölkə prezidenti Matteo Renzi ilə muzeyləri gəzərkən sənət əsəri olan abidələrin üzərləri örtülüb. İtaliya KİV-i bu məsələ ilə bağlı ölkənin məsul şəxslərini qınayıb.

Həsən Ruhani bu davranışa görə təşəkkürünü bildirərək deyib: "İtalyanların qonaqsevər olduğunu bilirəm. Qonaqların özlərini rahat hiss etmələri üçün zəhmət çəkən insanlar sağ olsun".

Son xəbərlər

Orphus sistemi