​İran parlament seçkilərinə görə sərhədlərində nəzarəti gücləndirir

​İran parlament seçkilərinə görə sərhədlərində nəzarəti gücləndirir İslam Respublikasında parlament seçkiləri 26 fevral 2016-ci ildə keçiriləcək
Digər ölkələr
21 Fevral , 2016 14:18
​İran parlament seçkilərinə görə sərhədlərində nəzarəti gücləndirir

Bakı. 21 fevral. REPORT.AZ/ İranın sərhəd qüvvələri qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar olaraq dövlət sərhədlərində nəzarəti gücləndirirlər.

"Report" xəbər verir ki, bu barədə İranın sərhəd qoşunlarının komandanı Qasim Rızayi məlumat verib.

"Biz seçkilər öncəsi mütəxəssislərin sayını artırmaqla və sərhəd qoşunları komandanlığında yeni xüsusi qərargah açmaqla sərhəd nəzarətini gücləndirəcəyik. Bu məqsədlə fevralın 20-dən seçkilər yekunlaşanadək fəaliyyət göstərəcək xüsusi "Mekkad" qərargahı öz işinə başlayıb", — deyə ISNA agentliyi Rzayinin sözlərini sitat gətirib.

İranda parlament seçkiləri 26 fevral 2016-cı il tarixində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi