​İran, İraq və Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salıb

​İran, İraq və Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salıb Bu, Çin iqtisadiyyatının düşməsi ilə əlaqəli ola bilər
Digər ölkələr
15 Sentyabr , 2015 00:56
​İran, İraq və Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ İran, İraq və Səudiyyə Ərəbistanı oktyabrda neft tədarükləri üçün qiyməti aşağı salıb.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal"a istinadən RBK məlumat yayıb.

Qəzet yazır ki, qiymətin Səudiyyə Ərəbistanında 0,3 dollar, İraqda 0,35 dollar və İranda 0,5 dollar azaldılması Çin iqtisadiyyatının düşməsi ilə əlaqədar ola bilər. Bundan əlavə, WSJ hesab edir ki, qiymət endirimi ABŞ-da hasilatın azalmasına baxmayaraq dünya bazarında neftin həddindən artıq bol olması ilə də bağlı ola bilər.

ICE birjasında bugünkü hərraclar zamanı Brent markalı neftin qiyməti 47 dollardan aşağı düşüb.

Son xəbərlər

Orphus sistemi