Bakı. 22 aprel. REPORT.AZ/ İqlim üzrə Paris razılaşmasını 175 dövlət imzalayıb. "Report" xəbər verir ki, bu barədə "TASS"-a BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak məlumat verib. Onun sözlərinə görə, daha 15 ölkə sənədi ratifikasiya edib.
Beləliklə, BMT-ın dəniz hüququ üzrə konvensiyasına rekord vurulub. 1982-ci ildə Yamaykanın Monteqo-Bey şəhərində keçirilmiş yüksək səviyyəli görüşdə konvensiyaya 119 dövlət imza atmışdı.