İordaniyanın cənubunda avtobus aşıb, 14 zəvvar həyatını itirib

İordaniyanın cənubunda avtobus aşıb, 14 zəvvar həyatını itirib Zəvvarlar ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yol almışdı
Digər ölkələr
17 Mart , 2016 09:55
İordaniyanın cənubunda avtobus aşıb, 14 zəvvar həyatını itirib

Bakı. 17 mart. REPORT.AZ/ İordaniyanın cənubunda baş verən yol qəzasında 14 fələstinli zəvvar həyatını itirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, zəvvarların avtobusu aşıb.

Daha 36 nəfər yaralanıb.

Hökumət nümayəndələrinin məlumatına görə, avtobusun sürücüsü Səudiyyə Ərəbistanı ilə sərhədin yaxınlığında, paytaxt Ammandan 320 km cənubda idarəetməni itirib.

Qeyd edək ki, zəvvarlar ümrə ziyarəti (Həcc mövsümü olmadığı dövrlərdə Məkkənin ziyarət edilməsi - red.) üçün Səudiyyə Ərəbistanına yol almışdı.

Son xəbərlər

Orphus sistemi