​İordaniyada polis mərkəzində atışma zamanı 7 nəfər ölüb

​İordaniyada polis mərkəzində atışma zamanı 7 nəfər ölüb Ölənlər arasında iki ABŞ vətəndaşı, 3 iordaniyalı və bir CAR təmsilçisi var
Digər ölkələr
9 Noyabr , 2015 21:11
​İordaniyada polis mərkəzində atışma zamanı 7 nəfər ölüb

Bakı. 9 noyabr. REPORT.AZ/ İordaniyada polislərin təlim mərkəzində baş verən atışma nəticəsində 7 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ hakimiyyəti nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

Ölənlər arasında Dövlət Departamentinin əməkdaşları olan iki ABŞ vətəndaşı, 3 iordaniyalı və bir CAR nümayəndəsi olub.

Bundan əlavə, həmçinin İordaniya vətəndaşı olan atəş açan şəxs öldürülüb.

İordaniyanın mətbuatla iş üzrə dövlət naziri Məhəmməd əl-Mumaninin sözlərinə görə, İordaniya polisi təlimatçı və öz həmkarlarına atəş açıb, daha sonra polislər tərəfindən öldürülüb.

Son xəbərlər

Orphus sistemi